“Devalvasiya olmayacaq“ - Zahid Oruc

“Devalvasiya olmayacaq“ -

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc dünya bazarında neftin kəskin ucuzlaşmasının yarada biləcəyi təsirləri şərh edib. Deputat bildirib ki, qiyməti qismən yüksək səviyyədə saxlamaq mümkün deyildi: "İstər ABŞ-da, istər Yaxın Şərq ölkələrində neftin hasil olmasının maya dəyəri fərqlidir. Hesab edirəm ki, neftin qiymətinin belə düşməsi siyasi qərarın nəticəsidir. Çox az müddət sonra real iqtisadi tələblər siyasi konyunkturanı üstələyəcək, yenidən sabit və qərarlaşmış rəqəmləri görəcəyik".

Zahid Orucun sözlərinə görə, Azərbaycan 2019-cu ildə öz neftini büdcədə müəyyən edilmiş qiymətdən xeyli baha sata bilib və xeyli əlavə ehtiyatlar yaradıb. Onun fikrincə, belə olan təqdirdə kəskin düşüş valyuta ehtiyatlarını eyni sıçrayışla azalda bilməyəcək: "Əksinə, təhlükəsizlik yastığı mövcuddur və bu imkan verəcək ki, hökumət iqtisadi-maliyyə siyasətini sabit şəkildə idarə edə bilsin. Bununla da neftin qiymətinin düşməsi manatın mövqeyinə təsir edə bilməyəcək və devalvasiya olmayacaq".

Mərkəz rəhbəri hökumətin bu prosesləri proqnozlaşdırdığını, hər cür ssenariyə hazırlığın və bununla bağlı real planların, proqramların mövcud olduğunu qeyd edib.

Onun fikrincə, virtual aləmdə müəyyən qüvvələr iqtisadi sabitliyin pozulacağı ilə bağlı əhaliyə təsir göstərmək yönündə fəaliyyət həyata keçirilər: "Amma əminəm ki, hökumət ictimaiyyəti baş verənlərin ölkənin valyuta imkanlarına təsir etməyəcəyinə inandıraraq bu mərhələni uğurla keçəcək".

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan büdcəsində neftin bir barreli 55 dollardan götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...