Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələr üçün ayrılır

Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələr üçün ayrılır

Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimli tibb müəssisəsi sırasına daxil edilir.

Gundeminfo.az bildirir ki, faktı Report-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva təsdiqləyib.

O qeyd edib ki, hospital sabahdan adi xəstə qəbulunu dayandıracaq və pandemiya ilə əlaqəli xəstələrin müalicəsi üçün hazırlanacaq.

Qeyd edək ki, bu gün ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 30-dan artıq tibb müəssisəsi ayrılıb. Eyni zamanda bu yaxınlarda 3 modul tipli xəstəxananın açılışı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...