Türkiyədə bu gündən beynəlxalq uçuşlara start verilir

Türkiyədə bu gündən beynəlxalq uçuşlara start verilir

Türkiyənin “Sabiha Gökçen Beynəlxalq Hava Limanı”nda bu gündən xarici dövlətlərə uçuşlar başlayır. “HaberGlobal” məlumat verir ki, ilk uçuş yerli vaxtla 08:40-da, İstanbuldan Londona olacaq.

Ardınca “Anadolujet” Amsterdam, Düsseldorf, Frankfurt, Berlin, Münhenə səfərlər edəcək. Eyni zamanda, Ankaranın “Esenboğa Hava Limanı”ndan Berlinə səfər planlaşdırılır.

Qeyd edək ki, Türk Hava Yolları koronavirusa görə martın 28-dən uçuşları təxirə salmışdı. Ölkədə daxili uçuşlar artıq iyunun 1-dən başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...