Azərbaycandan Gürcüstana səfərlər 97% azalıb

Azərbaycandan Gürcüstana səfərlər 97% azalıb
Bu ilin mayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 96,9% azalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici Gürcüstan Milli Bankının aylıq hesabatında əksini tapıb.

Hesabat ayında Gürcüstana yollanan əcnəbi ziyarətçilərin sayında 94,1% azalma qeydə alınıb.

Qonşu ölkənin Rusiya və Ermənistandan qəbul etdiyi əcnəbi qonaqların sayı da müvafiq olaraq 97,8% və 92,1% azalıb.

Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına əsasən, mayda Azərbaycandan ölkəyə 3 276 nəfər gəlib. Yanvar-mayda isə bu göstərici illik müqayisədə 46,2% azalaraq 268 016 nəfər təşkil edib.

Azalmaya səbəb koronavirus pandemiyası səbəbindən Gürcüstan və digər ölkələrin quru və hava sərhədlərini bağlamasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...