Praqanın mərkəzində poster: “Qarabağ Azərbaycandır!”

Praqanın mərkəzində poster:


Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış iri poster asılıb.

Oxu.Az-ın məlumatına görə, bu aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə gerçəkləşdirilib.

Çex dilində yazılmış poster Çexiyanın Prezident sarayına, ölkənin Baş nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib.

Məqsəd ölkənin dövlət xadimlərinin və yerli ictimaiyyətin diqqətini müstəqil Azərbaycan dövlətinin əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında qaldığına, BMT-nin məlum dörd qətnaməsinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmadığına cəlb etməkdir.

Qeyd edək ki, Praqada soydaşlarımız Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütovlüyünün təmin olunması tələbi ilə etiraz aksiyası keçirəcək.

Aksiya zamanı dövlətimizə, xalqımıza, ordumuza və xarici ölkələrdə Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldan dünya azərbaycanlılarına dəstək ifadə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...