Araz Ağalarov da erməni mallarını öz ticarət şəbəkəsindən çıxardı

Araz Ağalarov da erməni mallarını öz ticarət şəbəkəsindən çıxardı

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyan “Tvoy dom” ticarət şəbəkəsinə daxil olan supermarketlərdən erməni məhsullarının “yoxa çıxdığını” bildirib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, səfir erməni mallarının dünəndən etibarən piştaxtalardan yığışdırıldığını deyib.

“Tvoy Tom” ticarət şəbəkəsi Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun “Crocus Group” şirkətlər qrupuna daxildir. Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus “Food City” topdansatış ərzaq bazasında da erməni mallarının satışına qadağa qoyulmuşdu. Daha sonra Rusiya hakimiyyət orqanlarının müdaxiləsindən sonra erməni mallarının bazara daxil olmasına icazə verildiyi bildirilir.

Araz Ağalarov da erməni mallarını öz ticarət şəbəkəsindən çıxardı


“Səhər tezdən iri erməni ixracatçıları bizə müraciət ediblər, onlar deyirlər ki, Araz Ağalarova və qonşu ölkədən olan digər adamlara məxsus olan “Tvoy dom” şəbəkəsinin bütün ticarət mərkəzlərindən bütün erməni malları yığışdırılıb”,-Toqonyan deyib. Onun sözlərinə görə, söhbət habelə konservləşdirilmiş məhsullardan, mineral sulardan və alkaqoldan gedir.

Səfir deyib ki, onun məlumatına görə erməni mallarının “Tvoy dom” şəbəkəsindən yığışdırılması barədə göstərişi şəbəkənin rəhbərliyi verib. Əvəzində bütün piştaxtaları Azərbaycanda istehsal olunan mallarla doldurublar.

Araz Ağalarov da erməni mallarını öz ticarət şəbəkəsindən çıxardı


“Crocus Group” şirkətindən isə məsələni şərh etməyiblər. “Kommersant” qeyd edir ki, hələlik “Tvoy dom” internet-mağazasında erməni malları satışdan yığışdırılmayıb və onları sifariş etmək dünən iyulun 23-nə qədər mümkün idi.

Qeyd edək ki, Ermənistan ordusunun Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq həyata keçirilən xain təcavüzündən sonra azərbaycanlılarla ermənilər arasında dünyanın bir çox ölkələrində toqquşmalar olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...