“Maska və əlcək istifadəsi...” - BMT xəbərdarlıq etdi

“Maska və əlcək istifadəsi...” -

Yeni növ koronavirus pandemiyası dövründə vacib olan fərdi mühafizə vasitələri ətraf mühitin çirklənmə səviyyəsinə mənfi təsir göstərir.

Gazeta.ru-nun məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilib.

Qeyd olunub ki, tibbi maskalar, əlcəklər, dezinfeksiyaedici vasitələrin və ərzaq məhsullarının qablaşdırmaları küçələri, çimərlikləri və dünya okeanını çirkləndirir. Plastik maddələrin çirkləndirməsi isə Yer üçün əsas təhlükələrdən hesab olunur.

Hesabatda vurğulanıb ki, özünütəcrid rejiminin tətbiqi və dünya üzrə bir sıra obyektlərin bağlanması istixana qazlarının tullantılarının həcmini beş faiz azaldıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...