Anar Kərimov KADR İSLAHATLARINA HAZIRLAŞIR..

Anar Kərimov KADR İSLAHATLARINA HAZIRLAŞIR..
Qarşıdakı bir həftə ərzində Mədəniyyət Nazirliyində ciddi kadr islahatlarının aparılacağı gözlənilir.

“MediaPost”un məlumatına görə, iyulun 20-də qurumun rəhbər vəzifəsini müvəqqəti icra edən Anar Kərimov artıq nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinin məzuniyyətə çıxmaqları barədə tapşırıq verib.

Belə ki, məzuniyyətdən sonra onların bəzilərinə başqa vəzifənin təklif ediləcəyi və ya işdən azad olunacaqları gözlənilir.

Sabahdan məzuniyyətə göndərilənlər arasında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayevin də olduğu bildirilir.

Qurban bayramından sonra sözügedən qurumda ciddi dəyişikliklərin aparılacağı istisna edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...