Bu il Həcc ziyarətinə qatılacaq 1000 zəvvardan neçəsi azərbaycanlıdır? - AÇIQLAMA

Bu il Həcc ziyarətinə qatılacaq 1000 zəvvardan neçəsi azərbaycanlıdır? -

Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanında 1000-ə yaxın zəvvarın iştirakı ilə keçiriləcək Həcc ziyarətində azərbaycanlı zəvvarların iştirak edib-etməyəcəyini açıqlayıb.

İdarədən Modern.az-a bildirilib ki, Həcc ziyarətində azərbaycanlı zəvvarlar iştirak etməyəcək. Bu il Həcc ziyarəti ləğv edildiyi üçün ölkəmizdən Səudiyyə Ərəbistanına gedən zəvvar olmayacaq.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bu il Səudiyyə Ərəbistanında Həcc ziyarəti məhdud sayda zəvvarın iştirakı ilə avqustun 2-dək keçiriləcək.

Müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə keçiriləcək ziyarət zamanı zəvvarların Kəbəyə toxunmasına və onu öpməsinə icazə verilməyəcək.

Zəvvarların tibbi maskalardan istifadə etməsi mütləq şərt kimi qoyulub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...