Murad Adgözəlzadə Mehdiyevin kürəkəninə cavab vermədi

Murad Adgözəlzadə Mehdiyevin kürəkəninə cavab vermədi
Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunandan sonra sabiq deputat İlham Əliyev qalmaqalın səbəbkarı kimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadəni ittiham edib.

Məsələ ilə bağlı “MediaPost”un əməkdaşı Murad Adıgözəlzadənin rəhbəri olduğu Azərbaycan Dövlət Filarmoniyası ilə əlaqə saxlayıb. Filarmoniyanın direktor müavini Afət Mikayılov Murad Adıgözəlzadənin məzuniyyətə çıxdığını deyib.

Dünən axşam ticarət mərkəzlərinin birinin qarşısında əməkdaşımız Murad Adıgözəlzadə ilə rastlaşıb. Ona “sabiq deputat azadlığa çıxandan sonra məlum toyla bağlı qalmaqalın səbəbkarı kimi sizin həyat yoldaşınızı günahlandırıb. Bu barədə nə deyə bilərsiniz” sualını ünvanlayıb. O isə sualımıza belə reaksiya verib:

“Yox, yox nə deyim e… Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Hər şey qaydasındadır. Sağ olun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...