İlham Əliyev bəzi ölkələri sərt tənqid etdi

İlham Əliyev bəzi ölkələri sərt tənqid etdi
Düzünü deyim ki, əgər biz bütün istehsalçılarla razılaşma əldə etməsəydik, bu gün biz də vaksinsiz qalacaqdıq.

Gundeminfo.az Report-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

“Biz hələ bir neçə ay öncə “AstraZeneca”nı əldə etməli idik, “Sputnik”i əldə etmədik, COVAX üzrə “Pfizer”, “Moderna”nı əldə etmədik və bizə bunu nə vaxt əldə edə biləcəyimizi demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almağa vəsaitimiz də var. Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər? Demək, varlılar özlərini aşılayacaqlar, istehsalı özlərinə götürəcəklər, elementar insanlıq davranış normalarını rədd edəcəklər, bununla da, yoxsul ölkələr əziyyət çəkməlidir? Hansı bərabərlikdən danışa bilərik?”, - dövlət başçısı bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...