İcra nümayəndəliyinin binasından oğurluq edən şəxs saxlanıldı - FOTO

İcra nümayəndəliyinin binasından oğurluq edən şəxs saxlanıldı - FOTO

İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından 1700 manat dəyərində kompüter dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, İsmayıllı Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi hadisə yerinə baxış keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İsrəfil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


İcra nümayəndəliyinin binasından oğurluq edən şəxs saxlanıldı - FOTO



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...