Rusiya azərbaycanlını qətlə yetirən ermənini ölkəsinə təhvil verdi

Rusiya azərbaycanlını qətlə yetirən ermənini ölkəsinə təhvil verdi
Rusiyada azərbaycanlını qətlə yetirməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilən Ermənistan vətəndaşı Armen Arekelyan ölkəsinə təhvil verilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Arekelyanın vəkili Artur Daşyan "news.am"a məlumat verib.

Cinayətkar Ermənistana təhvil verilməmişdən öncə cəzasının 6 ilini Murmansk şəhərində yerləşən həbsxanada çəkib. O, cəzasının qalan 12 ilini ölkəsində çəkəcək.

Qeyd edək ki, Arekelyanın həbsi ilə nəticələnən hadisə 2014-cü ildə baş verib. Belə ki, tərəflər Murmanskda yerləşən kafedə mübahisə edib. Mübahisə nəticəsində Arekelyan azərbaycanlını qətlə yetirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...