Rusiyanın hərbi karvanı Kəlbəcərə DAXİL OLDU - VİDEO

Rusiyanın hərbi karvanı Kəlbəcərə DAXİL OLDU -

Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə bölgələrarası malların tranzitini təmin etməyə davam edir.

Gundeminfo.az xəbər verir ki, 20 “KamAZ” markalı hərbi yük maşını və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Humanitar Yardım Mərkəzinin 7-ci Rusiya karvanı Kəlbəcər bölgəsinə sosial obyektlər və yaşayış binalarında enerji və su təchizatı sistemlərinin bərpası üçün elektrik avadanlığı, gücləndirilmiş beton konstruksiyalar və tikinti materiallarından ibarət 130 tondan çox yük çatdırıb.Yardım ötən il 10 noyabr tarixində Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə göndərilib. (publika.az)




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...