Yunus Oğuz Rövşən Əkbərovun qətlinə şahid olub? - Açıqlama

Yunus Oğuz Rövşən Əkbərovun qətlinə şahid olub? -

Bu gün həbs olunan general-leytenant Rövşən Əkbərov barəsində ilginc məlumatlar yayılıb. Belə ki, generalın uzun illər öncə Ukraynada mübahisə zəminində gənc iş adamı Elçin Əliyevi qətlə yetirməsi haqda iddialar səsləndirilib. Ən ilginc məqam isə iş adamı qətlə yetirilərkən, Rövşən Əkbərovun yanında sabiq Diasporla iş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovun və yazıçı Yunus Oğuzun olması haqda səsləndirilən iddialardır.

Adı səs-küylü cinayət hadisəsində hallanan Yunus Oğuzla əlaqə saxlayaraq onun səsləndirilən iddialara münasibətini öyrənib. Saytımıza açıqlamasında Yunus Oğuz haqqında səsləndirilən bütün iddiaların əsassız olduğunu deyib və şər-böhtan adlandırıb: “Mən haqqımda yalan məlumatlar yayan Fərəməz Novruzoğlunu məhkəməyə verməyə hazırlaşıram. Mən 1998-ci ildə ölkəyə gəlmişəm, həmin şəxs isə 2001-ci ildə qətlə yetirilib. Mən indiyədək Rövşən Əkbərovun üzünü görməmişəm. Rəhmətlik qətlə yetirilən zaman ən çox da “Olaylar” qəzeti “qatili niyə tutmursunuz” deyə Rövşən Əkbərov haqqında yazı yazıb. Nə də Nazim İbrahimov hadisə zamanı orada olub. Nazim İbrahimov mərhumun nəşinin ardınca gedib, o zaman deputat idi. Həm də Elçin Əliyev Ukraynada o vaxt iş adamı deyildi. Oraya Bakıdakı ofisin işçisi kimi getmişdi. İndi haqqımızda nə isə düzüb-qoşurlar, amma mən Fərəməz Novruzoğlunu məhkəməyə verəcəm”.

Yunus Oğuz əlavə edib ki, haqqında səsləndirilən iddialar böhtan və yalandır, eyni zamanda bilərəkdən edirlər: “Heç Novruzoğlu ilə körpüdən də keçməmişəm. Heç vaxt, heç bir münasibətim olmayıb. Ağlına nə gəlir yazıb, sübut etsin ki, mən orada olmuşam. Yunus Oğuzu tapın deyir, məgər mən itmişəm ki, tapsınlar. Nədən çəkinəcəyim var ki… Orada hadisənin kimin yanında olduğuna və kimlərin iştirak etdiyinə dair Kiyev prokurorunun materialları da var. Hamısı materiallarda var”. (KONKRET.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...