Vətən Müharibəsi Qazisi: “Bezdiriblər, camaat özünü doğrayır” - VİDEO

Vətən Müharibəsi Qazisi:

“Dekabrın 25-dən mən hospitala (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) müayinəyə girmişəm. Fevral ayına qədər müayinədən keçmişəm. Fevralda sənədlərim itdi. İkinci dəfə başladım sənədləri yığmağa. 15 gün bundan qabaq sənədləri yığıb təhvil verdim. Sənədləri təhvil verəndə, həkim-psixoloq mənə deyir ki, “nə vaxt mənim ürəyim istəsə onda yazacağam, vaxt yoxdur, 5 ay, 6 ay, özüm bilərəm””.

Yeniavaz.com xəbər verir ki, bu sözləri yaydığı videomüraciətdə Vətən Müharibəsi iştirakçısı, baş leytenant Murad Əfəndiyev deyib. O iddia edir ki, hospitalın dördüncü mərtəbəsində sənədlərin qəbulu ilə bağlı müraciətlərə baxan xanım əməkdaşlar hərbçilərlə çox pis rəftar edirlər:

“Biri gətirib dönər verir, şokalad verir, onun işi düzəlir. Yəni qızlar dönərlə başlayır rüşvətə. Rəisin yanına gedirsən, rəis zəng edib tapşırır, qız sənədləri qoyur stolun üstünə, deyir ki, “mən nə vaxt istəsəm, onda yazacağam, mən robot deyiləm”. Başa düşdüm, sən robot deyilsən, 4 ay müayinə olar? Gedib gəlməkdən adam bezir. Camaat özünü doğrayır. Bura hərbi hospitaldır, sən hərbiyə xidmət elə. Sən şokalada xidmət edirsən? Ayıbdır, bunun bir axırı olmalıdır, vallah bezdiriblər”.

İddialarla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Vətən müharibəsi qazisi olduğu deyilən şəxsin əlillik dərəcəsinin düzgün təyin edilməməsi ilə bağlı özünə xəsarət yetirməsinin görüntüləri yayılmışdı.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...