Qusarda əhaliyə at əti satılır?

Qusarda əhaliyə at əti satılır?

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi
istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Gundeminfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr olan əti satmaq istəyən zaman saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində həmin əti mal əti adı ilə satmaq istədiklərini bildiriblər. Kəsilmiş ətlərdən götürülən nümunələr laborator müayinəyə göndərilib.

Qeyd edilən faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...