İngiltərə Xorvatiya ilə, Niderland Ukrayna ilə oynayacaq - AVRO-2020

İngiltərə Xorvatiya ilə, Niderland Ukrayna ilə oynayacaq -
AVRO-2020-nin final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, çempionatın üçüncü günündə 3 oyun keçiriləcək. Günə D qrupunda start veriləcək. Yarışın favoritlərindən olan İngiltərə millisi Xorvatiya ilə görüşəcək. Bu görüş Londonda baş tutacaq.

Digər iki matç C qrupunda keçiriləcək. Avstriya yarışın debütantı Şimali Makedoniyanı sınağa çəkəcək.

Günə Amsterdamda yekun vurulacaq. Niderland yığması Ukrayna ilə görüşəcək.

Qeyd edək ki, ilk tura iyunun 15-də yekun vurulacaq.

AVRO-2020
I tur, 13 iyun
D qrupu
17:00. İngiltərə - Xorvatiya
Baş hakim: Daniele Orsato (İtaliya)
London. “Uembli” stadionu

C qrupu
20:00. Avstriya – Şimali Makedoniya
Baş hakim: Andreas Ekberq (İsveç)
Buxarest. “Nasional” stadionu

23:00. Niderland - Ukrayna
Baş hakim: Feliks Brix (Almaniya)
Amsterdam. Yohan Kroyf Arena



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...