Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı

Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı
Şairə Nazilə Səfərli ilə tanınmış jurnalist Xoşqədəm Hidayətqızı arasında davam edən qalmaqala son qoyulub.

X.Hidayətqızının şikayəti əsasında Nizami rayon Polis İdarəsi tərəfindən axtarışda olan N.Səfərli bu gün saxlanılıb.

N.Səfərli məhkəmə qərarına uyğun olaraq 500 manat məbləğində cərimə olunub və bununla da onun üzərindən axtarış tədbirləri götürülüb.

Qeyd edək ki, hər iki tanınmış sima arasında qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlayıb.

Tərəflər arasında davam edən məhkəmə prosesi 2019-cu ildə başa çatıb. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Hidayətqızıdan üzr istəməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...