Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Gundeminfo"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

“Qara Qarayev” metrostansiyasının yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Fətəlizadə Kənan Qəribəli oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...