Gənclər və idman nazirinin müavini istefa verib? AÇIQLAMA

Gənclər və idman nazirinin müavini istefa verib?
"Nazir müavini İsmayıl İsmayılovun işdən azad edilməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir". Bunu "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.

O bildirib ki, İsmayılov hazırda müalicəsini davam etdirir və yaxın günlərdə işə çıxacaq. Qeyd edək ki, İsmayıl İsmayılov yeni nazir Fərid Qayıbovun müxtəlif federasiya və idman qurğularında keçirdiyi görüşlərdə iştirak etməyib. Onu nazirliyin aparat rəhbəri Rüfət Həsənov müşayiət edib. Bu isə İ.İsmayılovun tutduğu vəzifədən azad edildiyinə dair xəbərlərin yayılmasına səbəb olub.

İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsində 2006-cı ildən çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...