Gəncə faciəsindən sağ çıxan Nilayın nənəsi: “Adil uşağı torpağın üstünə qoyub dala qayıdıb” - VİDEO

Gəncə faciəsindən sağ çıxan Nilayın nənəsi:

“Nilay bilmir ki, atası, anası ölüb. Elə bilir ki, harasa gediblər, gələcəklər”.

Bu sözləri Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Nilayın nənəsi Sevil Babazadə “REAL TV”yə danışarkən deyib.

Onun sözlərinə görə, Nilay həmin gecə baş verənlərin bir qismini bu yaxınlarda xatırlayıb:

“Nilay möcüzə sayəsində sağ qalıb. Bu yaxınlarda evdə uşaqlar oynayanda Nilayın boynuna nəsə atdılar, boğulan kimi oldu. Bu zaman qışqırmağa başladı. Qışqırdı ki, nənə, ata məni götürüb torpağın üstünə qoyub qaçdı. Oradakı şahidlərin də dediyinə görə, Nilayın atası Adil Əliyev həmin vaxt ölməyib, sağ olub. O, Nilayı torpağın üstünə qoyub dala qayıtdıqdan sonra, uçqun olub, nə olub, bilmirəm. Amma Adildə heç bir xəsarət yox idi. O, torpağın altında qalmamışdı. Sadəcə, kürəyi göyərmişdi. Qorxudan ürəyi partlamışdı”.

Mövzu ilə bağlı videonu təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...