Rüfət Axundovu “Tarqovu”da bıçaqlayıblar: “Baxdım ki, ayağımdan qan axır” - VİDEO

Rüfət Axundovu “Tarqovu”da bıçaqlayıblar:

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı ifaçı Rüfət Axundov olub.

Sənətçi illər öncə başına gələn dəhşətli hadisədən danışıb:

“1996-97-ci illərdə tələbə idim. “Tarqovu” adlanan ərazidə iki gənc oğlan bir xanımın boynundan boyunbağını dartıb qaçdılar. Mən də arxasınca qaçdım. Əlbəyaxa olduq. O biri oğlan da yaxınlaşıb ağzımdan təpik vurdu. Ayaq nahiyəmə də nəysə dəydi. İti alətlə ayağıma vurmuşdu. Fikir vermədim. Bir müddət sonra hiss etdim ki, ayağım taqətdən düşdü. Baxdım ki, ayağımdan qan axır. Ayağımda indiyədək izi qalıb”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...