Türkiyə lirəsi ABŞ dollarına nisbətdə antirekordu yeniləyib

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin aşağı salınması haqqında qərarından sonra Türkiyə lirəsi ABŞ dollarına nisbətdə tarixi minimumları yeniləməkdə davam edir.

“Report” xəbər verir ki, cümə günü səhər lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 9,64-ə çatıb, Bakı vaxtı ilə saat 13.30-da isə 9,60 səviyyəsində möhkəmlənib.

Qeyd edək ki, lirənin məzənnəsinin rekord səviyyədə düşməsi fonunda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 18%-dən 16%-ə endirib ki, nəticədə lirənin ucuzlaşması sürətlənib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Mərkəzi Bankın 3 yüksək vəzifəli məmuru, o cümlədən bank sədrinin 2 müavini – Semih Tümən və Uğur Namık Küçükün işdən azad edilməsi haqqında xəbərlər fonunda oktyabrın 14-də Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına nisbətdə 9,18 səviyyəsinə düşüb.

Həmin 3 məmurun uçot dərəcəsinin aşağı salınmasının əleyhinə səs verdiyi bildirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...