Azərbaycan Prezidentinin təyyarəsi Rize-Artvin hava limanına eniş edib

Azərbaycan Prezidentinin təyyarəsi Rize-Artvin hava limanına eniş edib

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri başlayıb.

APA xəbər verir ki, dövlət başçısının təyyarəsi Rize-Artvin hava limanına eniş edib. Azərbaycan liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Qeyd edək ki, dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının bu gün açılış mərasimi keçirilir.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

Açılışa sadə vətəndaşlar da qatılıb. Onlar əllərində Türkiyə və Azərbaycan bayraqları tutublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...