Defolt Rusiya üçün hansı nəticələr doğuracaq?

Defolt Rusiya üçün hansı nəticələr doğuracaq?
Ukraynaya qarşı başlatdığı müharibəyə görə Rusiya ABŞ və onun qərb müttəfiqlərinin sərt sanksiyaları ilə qarşılaşıb. Ukraynaya qarşı təcavüzün artıq 127 günüdür. Bu dövr ərzində sanksiyalar Rusiyanı işğalla bağlı niyyətindən döndərmək üçün yetərli olmasa da bu ölkənin iqtisadiyyatına təsirli ziyan vurub. Əksər müəssisələrdə komplektləşdirici tədarükü zəncirləri sıradan çıxıb, bu özünü daha qabarıq şəkildə avtomobil və radioelektronika sənayesində göstərir.

Ölkə faktiki olaraq qlobal maliyyə sistemindən təcrid olunub. Sanksiyaların ABŞ dolları və avro ilə hesablaşmalara mane olmasından dolayı Rusiya bir neçə ay idi xarici borc üzrə öhdəliklərinin icrasında ciddi problemlər yaşayırdı. O, hər dəfə defoltundan yayınmağın yolunu tapsa da nəhayət ki, bu həftənin əvvəlində həmin imkanlar tükəndi. Rusiya dollar və avroda olan iki emissiya üzrə 100 milyon ABŞ dolları ekvivalentində olan faiz ödənişlərini vaxtında həyata keçirə bilməyib. İnvestorlar ödənişi almadığına görə defolt rellaşmış oldu. Bu, 1918-ci ildən bu yana xarici valyutada suveren borc üzrə ilk defoltdur.

Fəsadları özündən qabaq gələn defolt

Hazırki defoltu 100 il əvvəlkindən fərqləndirən prinsipial məqamlar var. O zaman sadəcə olaraq inqilab yolu ilə hakimiyyəti ələ keçirən bolşeviklər çar Rusiyasının boclarını ödəmək istəmirdi. Eynisini bu günkü hakimiyyət haqqında demək olmaz. Yəni istək də var, pulda. Sonuncu məqam xüsusi maraq doğurur. Baxmayar ki, Rusiyanın qızıl-valyuta ehtiyatlarının yarıdan çoxu dondurulub, ölkə hələ də neft-qaz ixracından böyük gəlir əldə edir. Ötən ilin eyni dövrü ilə müqayidə bu ilin ilk 5 ayında bu cür gəlirlər 45 % artıb. Fevralın 24-dən iyunun 3-nə kimi enerjidaşıyıcıların ixracı ölkəyə 93 milyard avro gəlir gətirib ki, bunun da 83 milyard avrosu neft-qaz tədarükündən əldə olunub. Göründüyü kimi ən azından xarci borc üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ölkənin kifayət qədər pulu var. Bunu edə bilməməsi sırf saksiyaların onun üzərinə qoyduğu məhdudiyyətlərlə bağlıdır. İstənilən halda bu baş verib və Rusiya üçün hansısa nəticələr doğurmalıdır. Bütün digər hallarda bu məhz belə də olacaqdı. Ancaq indiki məqamda defolt Rusiya üçün sırf simvolik xarakter daşıyan bir hadisədir. Belə ki, onun doğurmalı olduğu nəticələr artıq bir neçə aydır Rusiya iqtisadiyyatında mövcuddur. Söhbət ilk növdədə borclanma imkanlarından gedir. Bütün reytinq agentlikləri artıq xeyli vaxtdı onun reytinqlərini geri çağırıb. Belə olan halda qlobal borc bazarlarına çıxış onsuzda onun üçün qapalı idi.

1 000-dən çox xarici şirkət Rusiyadan “qaçıb”

Bir ölkənin üzərinə götürdüyü öhdəliklər üzrə cavab vermək bacarığı birbaşa olaraq onun investisiyalar üçün cəlbediciliyinə təsir edir. Müharibə başlayandan bu günə kimi Rusiyanı mindən çox xarici şirkət, o cümlədən nəhəng qlobal korporasiyalar tərk edib. Qalan azsaylı şirkətlər yeni layihələrin maliyyələşdirilməsini tamamilə dayandırıb və tədricən müştərək şirkətlərdəki paylarını satıb bazardan çıxırlar. Yəni defotl ilk növdədə imic məsələsidir. Rusiya üçün isə bu məqam bu gün aktuallığını itirib. Bunu görmək üçün BMT-də onun mövqeyini müdafiə edənlərə baxmaq yetərlidir. Söhbət Şimali Koreya, Suriya və Eritreya kimi ölkələrdən gedir.

Defolt Rusiya üçün hər nə qədər simvolik xarakterli olsa da onun reallaşmasını təmin edən sanksiyalar qısa və uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatına dağıdıcı zərbə endirməkdə davam edəcək. Bu il ilk dəfə olaraq apreldə ÜDM-in həcmi azaldı (3 %). Əsas səbəb kimi məhz analoqu olamayan sanksiyalar və logistika ilə bağlı problemlər göstərilib.

Dünya Bankının proqnozuna əsasən bu ilin nəticələrinə görə Rusiyanın ÜDM-si 9 %-ə kimi azalacaq. Halbu ki, müharibədən əvvəl 2,4 %-lik artım gözlənilirdi. Avtomobil sənayesi demək olar ki, dərin böhran içindədir. Bir il əvvəlki göstəricilər ilə müqayisədə mayda minik avtomobilləri istehsalı 96,7 % azalıb. Ölkənin ən iri avtomobil istehsalçısı “AvtoVAZ” uzun müddətdir ki, komponent çatışmazlığına görə istehsalı bərpa edə bilmirdi. Bərpa edəndən sonra isə təhlükəsizlik baxımından 60-70-ci illərin texniki tələbləri səviyyəsində olan ABS-siz (kilidlənməyə qarşı əyləc sistemi), kəmərsiz, katalizatorsuz avtomobil buraxıb. Ən maraqlısı isə ondan ibrətdir ki, alıcıları həmin avtomobillə xaricə getməyəcəklərinə dair sənədə imza atmağa məcbur edirlər. Hər nə qədər Rusiya hakimiyyəti sanksiyaların onu tətbiq edənlərə daha çox ziyan vurduğunu təbliğ etsələrdə reallıq bunu tam əksini göstərir.

NATO-nun yeni strateji konsepsiyasına əsasən Rusiya artıq alyansın təhlükəsizliyi üçün əsas təhlükə mənbəyi kimi görülür. Bu o deməkdir ki, ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyanın iqdisadi baxımdan çokdürülməsi əsas hədəflərdən biridir. Bunun ən effektiv vasitəsi isə sanksiyalar olduğu üçün onların davamının gələcəyi şübhə doğurmur. Bu isə şimal qonşumuz üçün yaxşı heç nə vədd etmir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...