Azərbaycanda mənzillər bahalaşıb

Azərbaycanda mənzillər bahalaşıb
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) iyun ayı üçün istehlak bazarında qiymət artımları ilə bağlı monitorinq nəticələrini yekunlaşdırıb. Moniotinqə əsasən, mənzil bazarında qiymət artımları davam edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.

Xüsusən qiyməti 100 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub. Bu qəbildən olan mənzillərin qiymətində 7 faiz artım qeydə alınıb.

100-300 min manat qiymət aralığında təklif olunan mənzillər 4 faiz dəyər qazanıb. 300 min manatdan baha təklif edilən mənzillərin qiymətində isə xüsusi dəyişiklik qeydə alınmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...