Bank sektorunun vəziyyəti açıqlandı – Son rəqəmlər

Bank sektorunun vəziyyəti açıqlandı –

Bu ayın əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrinin sayı 94, ATM-lərinin sayı 3003 ədəd olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, fevral ayında bank sektorunda çalışanların sayı 0,7% və ya 170 nəfər artaraq 23 min 40 nəfər olub.
Bu ilin ilk 2 ayı ərzində fəaliyyətdə olan bankların xalis mənfəəti 155,7 milyon manat olub. 2 ay ərzində banklar 44,2 milyon manat mənfəət vergisi ödəyiblər.
Bankların cəmi aktivləri 45 milyard 708,6 milyon manat, cəmi öhdəlikləri 39 milyard 972,5 milyon manat olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...