Özbəkistan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçib

Özbəkistan Mərkəzi Bankı ölkənin milli valyutası olan sumu üzən məzənnəyə buraxıb. Bu isə o deməkdir ki, bundan sonra sumun kursu valyuta bazarından asılı olaraq dəyişəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Mamarizo Nurmuratov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank artıq sumun kursunun formalaşmasında maksimum 5 faizlik uzaqlaşmanın ləğv edilməsinə dair qərar qəbul edib və indi kurs alıcılar və satıcılar tərəfindən formalaşdırılacaq.
Eyni zamanda Mərkəzi Bank kommersiya banklarına xarici valyutanı nağd şəkildə satmağa da icazə verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...