Gürcüstanda 100 obyekt özəlləşdirilməyə çıxarılacaq

Gürcüstanda bu ay ərzində 100 obyekt özəlləşdirilməyə çıxarılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib.
Gürcüstan hökumətinin bu qərarı iqtisadiyyatın və milli valyuta olan larinin məzənnəsinin möhkəmləndirilməsi məqsədi ilə qəbul olunub.
Dövlətin investorlara satmağa planlaşdırdığı obyektlərin ümumi dəyəri 100 milyon laridən çoxdur. Özəlləşdirilmə Gürcüstanın dəmir yolları və elektrik sistemi kimi əhəmiyyətli strateji obyektlərinə şamil edilməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...