İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il oktyabrın 1-nə 1 188,497 milyon manat təşkil edib.
“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.
İKZF-in aktivlərinin 81,1%-ni və yaxud 963,529 milyon manatını ipoteka kreditləri təşkil edib. Son 1 ildə Fondun kredit portfeli 18,9% böyüyüb.
Hesabat dövründə İKZF-in öhdəlikləri 9,8% azalaraq 538,391 milyon manata, o cümlədən borc öhdəlikləri 11,6% azalaraq 513,439 milyon manata düşüb, Fondun balans kapitalı isə 22,4% artaraq 650,106 milyon manata çatıb.
Bu ilin 9 ayında İKZF-in faiz gəlirləri 36,813 milyon manat (ötən ilin 9 ayına nisbətən 5,5% çox), faiz xərcləri 14,644 milyon manat (15% çox), dəyərsizləşmə üzrə zərəri 434 min manat (47,9% az), haqq və komissiya xərcləri 741 min manat (30% çox), digər gəlirləri 968 min manat (9,95% az), insan resursları üzrə xərcləri 3,086 milyon manat (31,7% çox), inzibati və digər xərcləri isə 1,909 milyon manat (24,85% çox) təşkil edib. Son nəticədə Fond yanvar-sentyabr aylarını 16,967 milyon manat mənfəətlə başa vurub. Bu, illik müqayisədə 5,4% azdır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
91 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...