Azərbaycan və Türkiyə güzəştli ticarət barədə saziş imzalayacaq

Azərbaycan və Türkiyə Bakıda keçiriləcək strateji əməkdaşlıq üzrə sammit zamanı güzəştli ticarət haqqında saziş imzalayacaq.

Bu barədə “Report” “Hürriyet Daily News”a istinadən xəbər verir.

Bu saziş ilə iki ölkə arasında ticarət dövriyyəsinin 2023-cü ilə qədər 15 milyard ABŞ dollarına çatdırılması mümkündür.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandır.

Səfər zamanı ümumilikdə ticarət, müdafiə, idman və digər sahələr üzrə 9 sazişin imzalanması gözlənilir.

Güzəştli ticarət sazişində qarşılıqlı gömrük güzəştlərinin və 15 müxtəlif məhsula güzəştlərin nəzərdə tutulduğu qeyd olunur.

Xatırladaq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 32,5% artaraq 4,509 milyard ABŞ dolları olub. Hesabat dövründə ixrac 56,8% artaraq 2,863 milyard ABŞ dolları, idxal isə 4,4% artaraq 1,647 milyard ABŞ dolları təşkil edib. Bu ilin yanvar ayında isə iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 2% artaraq 224,418 milyon ABŞ dolları olub. Eyni dövrdə ixrac 3,9% azalaraq 122,736 milyon ABŞ dolları, idxal isə 10,2% artaraq 101,681 milyon ABŞ dolları olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...