Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan ümumi dəyəri 5 524,86 min ABŞ dolları dəyərində 808,03 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin yeddi ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 4,2% artıb, həcmi isə 1,9% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,53%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34 059,28 min dollar dəyərində 8 402,88 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 18,5%, həcmi isə 14%-dək artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,58% təşkil edib.

Göründüyü kimi, cari ilin yeddi ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...