Vasif Talıbovun oğlu həbs edilir?
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində araşdırmalara başladığı iddia edilir. Əməliyyat çərçivəsində saxlanılanların arasında Naxçıvan DGK-nin sədri Səhət Həbibbəyli və onun müavini Səbuhi Novruzovun da olduğu bildirilir. Bundan əlavə DTX-də aparılan cinayət işi üzrə Naxçıvan DGK-nin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com xəbər verir ki, “Gündəlik Naxçıvan” DTX-nin yoxlamalar çərçivəsində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu və köməkçisi Seymur Talıbovu da dindirməsi barədə məlumat yayıb.
Məlumata görə, yoxlamalar zamanı S. Talıbovun nəzarətində olan “Gəmiqaya” və “Cahan” holdinqlərin qaçaqmalçılıqla məşğul olduğunun üzə çıxdığı bildirilir. Bu barədə həmin şirkətlərdə çalışan əməkdaşlar məlumat verib. Onların dediklərinə görə, "Cahan Holdinq" aylar öncə bir neçə şirkətə bölünüb. Məlumata görə, DTX Türkiyə hökuməti ilə əməkdaşlıqdan sonra qaçaqmalçılıq faktlarını üzə çıxarıb:
“Öncə Türkiyədəki Dilucu gömrüyünə sorğu göndərib, son bir ildə Naxçıvana keçən malların siyahısını alıblar. Məlum olub ki, Türkiyədən keçən bu malların heç biri Naxçıvan tərəfdə qeydiyyata alınmayıb. Qeydiyyata alınmayan məhsulların əksəriyyəti “Cahan” və “Gəmiqaya”nın fabrik və zavodlarında istehsal olunan xammallardır. Məsələn, qapı-pəncərə zavodu üçün plastik xammal məmulatları. Söhbət yüz milyonlarla manatdan gedir. Bu mallara görə heç bir rüsum ödənməyib. Bu işdə Naxçıvan Gömrük Komitəsinin sədri və müavinin də əli var. Hər ikisi artıq saxlanılıb və talelərindən xəbər yoxdur. Deyilənə görə, Bakıya aparılıblar. Onların ifadələri əsasında Seymur Talıbovu da dindiriblər. Deyilənə görə, Bakıda onun qardaşı Rza Talıbov da dindirilib. Bu şirkətlər rəsmi olaraq Seymur və Rzaya məxsus olmasa da, hamı bilir ki, onların nəzarətindədir”.
579 dəfə oxundu