Asif Ağayev özünə 200 hektar torpaq ayırıb?

Asif Ağayev özünə 200 hektar torpaq ayırıb?
Beyləqan İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə bağlı ilginc informasiya yayılıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə RealMedia.az portalı paylaşım edib. Posrtalın iddialarına görə, bu ilin yazında icra başçısı sabiq SOCAR prezidentinin qudasına məxsus “Azəraqro” MMC-yə Şərq qəsəbəsinin “Sarısu” ərazisindəki 2500 hektar torpaq sahəsini özünün imzaladığı 05.05.2022-ci il tarixli, 62 saylı sərəncamı və 7 saylı müqaviləsi ilə icarəyə verib. İllərdir həmin ərazidə fərdi təsərrüfat qurub dolanışılqlarını təmin edən vətəndaşların məcburi qaydada çıxarılmasına səy göstərilir. Tərəflər arasında qarşıdurma yarandığı deyilir. Hətta məlumatlarda qeyd olunur ki, Asif Ağayev həmin 2500 torpaq sahəsinin 200 hektarını özü üçün əkəcəyi barədə sövdələşib.

Sözügedən torpaq sahəsi keçmiş “Dostluq” Damazlıq Birliyi Sovxozunun balansında olub. Sovet təsərrüfat sistemi dağılandan sonra əslində həmin torpaqlar islahata getməli və sovxoz üzvü olan zəhmətkeşlər arasında paylanılmalı idi. Görünür, torpaqların konsolidasiyası məsələsinə görə bu, məqsədəuyğun hesab edilməyib, yaxud, sovxozçular öz hüquqları uğrunda yetərli mübarizə aparmayıblar. Daha məntiqli həll bu olardı ki, o torpaqlar hərrac yolu ilə satılsın. Amma bütün hallarda ayı və şirin bölə bilmədiyinə Asif Ağayev təkbaşına sərəncam verməli, həmin geniş, münbit, əkin sahələrini özünün mənsub olduğu klanın korporativ maraqlarına tabe etdirməməliydi. Redaksiya olaraq, bu işə ictimaiyyəti, hüquqşünasları cəlb edib Beyləqanın şahənşahının 62 saylı fəramayişinin nə dərəcədə əsaslı olub-olmadığını incələməyə çalışacağıq. Əlbəttə ki, suallarımızın biri və birincisi hörmətli Kənd Təsərrüfatı naziri cənab İnam Kərimova ünvanlanacaq.

Mövzuya qayıdacağıq!

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfinədən Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslər barədə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi acımış və hazırda da cinayət işi Baş İdarənin İstintaq idarəsinə araşdırılır. //RealMedia.az//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...