Xətainin icra başçısı buna da göz yumur? FOTOLAR

Xətainin icra başçısı buna da göz yumur?
Xətai rayonu Sarayevo küçəsində yolun ortasında ağaclar kəsilərək yerində obyekt tikilir. Bu barədə rayonun sözügedən ərazidə yaşayan sakinləri Yeniavaz.com-a məlumat veriblər.

Sakinlər yolun ortasında tikilən obyektin fotolarını da redaksiyamıza təqdim ediblər. Obyekti kimin tikdirdiyi, müvafiq icazə sənədlərinin olub-olmaması barədə məlumat yoxdur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, yerli mətbuatda Xətai rayonunda yaşıllıqların məhv edilərək yerində qanunsuz tikintilər aparıldığı barədə informasiyalar bol olan rayondur. Bu rayonun icra başçısı isə media ilə təmaslardan yayınır. Görünən odur ki, icra başçısı belə informasiyalardan mətbuatdan hətta narazı olan vətəndaşlardan da əvvəl xəbərdar olur.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Xətainin icra başçısı buna da göz yumur?
Xətainin icra başçısı buna da göz yumur?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...