"Azermetal"da müdhiş talan var - ARAŞDIRMA

"Azermetal"da müdhiş talan var -
Gəlirik mətləbə: Dövlət Kontrakt Korporasiyası- “Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsis olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır… SC-nin balansında onlarla müəssisə və bazalar, anbar təsərrüfatları olmuşdur. Lakin bu günədək SC-nin «Əsasnamə»sində nəzərdə tutulan fəaliyyətin biri də ortada olmamışdır. «Azkontrakt»ın başında duranların başı isə yalnız tabelikdə olan müəssisələrin Bakının əlverişli ərazilərindəki torpaq sahələrini pullu və imtiyazlı məmurlara satmağa qarışmışdır. Təsəvvür edin, Azərbaycana xarici ölkələrdən gətirilən bütün mal və məhsullar məhz «Azkontrakt»ın xətti ilə gətirilməli olduğu halda, bu boyda səlahiyyətli qurum ölü vəziyyətində gözünü döymüşdür. Niyə? Nə baş verir?

***

Ən maraqlısı, uzun illərdir «Azkontrakt»ın balansında olan müəssisələrin, bu sırada «Azərmetal» Topdansatış-Ticarət Bazasının (H.Əliyev prospektində, «Azərsun»un baş ofisinin yanı) torpaq sahəsinin fürsətcil məmurlara satılması uğrunda əsl yarış gedib…

«Azərmetal»da bıcaq boğaza dirənib…

Artıq neçə ildir «Azərmetal»ın torpaq sahəsinin ələ keçirilməsinə. Əməlli-başlı «müharibə» gedir. Kollektivin xəbəri olmadan bazanın torpaq saahəsi ayrı-ayrı məmurlar tərəfindən, təbii ki, «Azkontrakt» rəhbərliyinin xeyir-duası ilə paramparça edilib. Təsəvvür edin, bazanın Bakıdakı baş ofisi yerləşən ərazidəki 6 hektardan çox ərazisi, «Azkontrakt» (artıq keçmiş) rəhbərliyinin verdiyi məlumatlara görə, Əmlak Komitəsinin sabiq rəhbəri Kərəm Həsənovun, nazir Kəmaləddin Heydərovun, PA-nın sabiq rəsmisi Yusif Hümbətovun və digərlərinin adamları tərəfindən hasarlanıb. Biri deyir özəlləşdirilib, digəri deyir artıq satılıb və s. Halbuki «Özəlləşmə haqqında» Qanunda konkret yazılıb ki, əmlak özəlləşməyə çıxarılırsa, ilk növbədə hərracda kollektivə təklif olunur. Sonra kənar şəxslərə… İndi isə, kollektiv xəbərsiz, kənar şəxslər isə özəlləşmədə, ələ keçirmədə…

***
"Azermetal"da müdhiş talan var -
"Azermetal"da müdhiş talan var -
"Azermetal"da müdhiş talan var -

Neçə gün əvvəl «Azərmetal» Topdansatış-Ticarət Birliyinin kollektivi adından birliyin baş direktoru Şahin Abbasov və birliyin baş mütəxəssisi Tamara İbrahimova «TEZADLAR TV»nin qonağı oldular, baş verənlərə aydınlıq gətirdilər. Onlar Prezident İlham Əliyevdən kömək istəyirlər…
Yazılı müraciəti təqdim edirik:
Çox hörmətli Cənab Prezident!
Biz- Azərmetal» Birliyinin kollektivi bu müraciətlə bildiririk ki, Sizin 19 may 2016-cı il tarixli, «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» Fərmanınıza uyğun olaraq neçə vaxtdır Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarələrimizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınmışdı. Lakin Respublikanın ən ucqar bölgələrindəki çayxana və ticarət budkaları, sınıq-salxaq texnikalar hərraca çıxarılsa da, bizim Bakı şəhərinin mərkəzində yerləşən əmlakımızın hərraca çıxarılması bizə məlum olmayan səbəblərdən yubadılır. Hər dəfə Əmlak Komitəsinə etdiyimiz müraciətlərə isə cavab olaraq bildirirlər ki, guya yubanmanın səbəbi paytaxtın əsas yollarının üstündə yerləşən müəssisələr üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Lakin Nazirlər Kabinetinin müvafiq strukturları ilə əlaqə saxladıqda məlum olurdu ki, heç də belə deyildir, bu bizim ərazilərə göz dikmiş məmurların uydurmasıdır və ümumiyyətlə, yuxarıda qeyd edilən Prezident Fərmanı Nazirlər Kabinetinə belə bir səlahiyyəti verməmişdir. Elə isə Əmlak Komitəsinin rəhbərliyi niyə bizim əmlakların hərraca çıxarılmasını istəmir, yaxud buna manne olur? Allaha şükür, Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. Ötən il isə «Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. 07 oktyabr 2021-ci il tarnixli Fərmana əsasən, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradıldı. Fərmanda o da qeyd edildi ki, «Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin balansında olan dövlət əmlakının, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin». Bu isə artıq o deməkdir ki, «Azkontrakt» Dövlət Korporasiyası ləğv edilir, balansındakı bütün əmlaklar, o cümlədən bizim «Azərmetal» Birliyinin əmlakları, Agentliyin balansına verilir.



Sual yaranır: Agentliyin İdarə Heyətinin rəhbərliyinin məlumatı varmı ki, «Azkontrakt»ın keçmiş rəhbərliyi «Azərmetal»ın balansındakı 12,5 ha torpaq sahəsini necə satıb paylayıb? Məsələn, təkcə bizim Bakı şəhəri, Heydər Əliyev prospektindəki əsas idarə binasının yerləşdiyi ərazidəki 6 hektardan çox torpaq sahəsi kollektivimizin xəbəri olmadan ayrı-ayrı məmurlara satılıb, hasarlanıb. Hazırda bizim ixtiyarımızda cəmi 86 sot torpaq sahəsi qalıb. Bu insafsız rəhbərlik elə hərəkətlər etdi ki, hətta idarəmizə giriş darvazanı da satdılar, idarəyə giriş tamamilə başqa yerdəndir.

Cənab Prezident! Bu yaxınlarda Agentliyin mütəxəssisləri və özünü «Azkontrakt»ın cədr müavini kimi təqdim edən, rəhbər səlahiyyətlərini mənimsəyən Güləddin Dadaşov Akt tərtib edərək bizə məxsus əmlakların Agentliyin balansına verilməsinə imza atmışlar. Amma məndən başqa. Və bizim baş mühasibi hədələyərək ona imza atdırıblar. G.Dadaşov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri S.Sadıqovu da aldadaraq 23 sentyabr 2022-ci il tarixli Akta imza atmasına nail olmuşdur. Hansı ki, məhz G.Dadaşovun əməlləri sayəsində Bazamızın bütün torpaq sahələri ayrı-ayrı məmurlara satılmışdır. O, hansı daşınar və ya daşınmaz əmlakların Agentliyin balansına verilməsindən danışır???

Cənab Prezident!
Diqqətinizə onu da çatdırırq ki, bəzi məmurlar uzun illər bizim əmlakları ələ keçirmək üçün cəhdlər etmişlər. Məsələn, bizim-«Azərmetal» Birliyinin H.Əliyev prospektində, «Atletlər kəndi» ilə üzbəüzdə yerləşən inzibati binası və torpaq sahəsi uzun illər əvvəldən ayrı-ayrı kənar adamlar (məmurlar) tərəfindən ələ keçirilib özgəninkiləşdirilmişdir. Bu səbəbdən biz hazırda çıxılmaz vəziyyətdə qalmışıq. Belə ki, «Azərsutikinti» SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətov girişib bizim idarənin ərazisini ələ keçirməyə. Və bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi bilmirik. Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilməz, o cümlədən Dövlət Əmlak Komitəsinin mütəxəssisləri də.



("Azərmetal"ın ərazisi görün məmurlar tərəfindən nə günə salınıb)
Bir faktı da diqqətə çatdıraq ki, adı çəkilən biliyimiz mərhum Prezident Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış «Azkontrakt»ın tabeliyindədir. Həmin tarixi fərmanda yazılır:
«Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
İdarəetmə strukturunun təkmilləşdirilməsinin həyata keçirilməsinin təmin edilməsi üçün maddi-texniki təchizatın, o cümlədən dövlət ehtiyaclarının təminatı sahəsinin müasir iqtisadi münasibətlərə uyğun qurulması məqsədilə qərara alıram:
1.Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin əsasında açıq tipli Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» Səhmdar Cəmiyyəti yaradılsın.
2.Müəyyən edilsin ki, ilkin mərhələdə cəmiyyətin səhmlərinin 100 faizi dövlətə məxsusdur.
3.«Azərkontrakt» Səhmdar Cəmiyyətinə Aəzərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsürrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təkşilatlarına köməklik edilməsi tövsiyyə edilsin.
4.Azərbaycan Respublikaksının Dövlət Əmlak Komitəsi Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan lazımı tədbirlərin həyata keçirilməsini təmin etsin.
5.Azərbaycan Respublikası prezidentinin «Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsinin Azərbaycan Respublikasının Material Ehtiyyatları Nazirliyinə çevrilməsi haqqında» 1992-ci il 29 may tarixli 801 saylı və «Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında» 1992-ci il 21 avqust tarixli 148 saylı fərmanları öz qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
Bakı şəhəri, 17 dekabr 1996-cı il».
«Azərmetal» Topdansatış Ticarət Birliyinin «Azkontrakt»ın fəaliyyətsiz olduğu ötən 26 il ərzində öz əli, öz başı olub. Amma son illər «bıçaq boğaza» dirənib, artıq neçə illərdir kollektiv əmək haqqı ala bilmir. Belə bir idarə isə artıq çoxdan özəlləşməyə verilməli idi. Amma məlum olur ki, kollektiv dura-dura kənar şəxslər idarənin əmlakını ələ keçirməyə girişiblər. Onlardan biri və ən problemlisi isə yuxarıda qeyd etdim, «Azərsutikinti» SC-nin sədri Yusif Hümbətovdur. Vaxtilə 12 hektar sahəsi olan idarənin indi cəmi 0,85 ha torpaq sahəsi qalıb. Hamısı satılıb. Şikayətimizin də məzmunu və mahiyyəti ondan ibarətdir ki, bu torpaq sahələri bizə aidiyyəti olmayan adamlara satılıb, bunu da bağışlamaq olardı, amma bizə qalan 85 sot torpağı isə özümüzə, öz kollektivimizə özəlləşdirməyə imkan vermirlər. Bu qədər ədalətsizlik olarmı? Vaxtilə Azərbaycanda metal sahəsində ən böyük baza olmuşuq. «Azkontrakt»ın balansına veriləndən tam fəaliyyətsizik. 1996-cı ildə 123 nəfər idik, indi 5-10 nəfər qalıb… Bazanın özəlləşməsi haqqında biz dəfələrlə məsələ qaldırmışıq, buna baxmayaraq heç bir vaxt «Azərmetal»da, bizim sistemdə, bizim strukturda işləməyən adamlara ərazilərimizi satıblar, özəlləşdiriblər, bizim kollektivin üzvlərindən başqa. Məsələn, Mirzə Ramazanov adlı şəxsə 1 ha 20 sot torpaq veriblər, bizim ərazidə, hətta darvazadan girib-çıxmaq yerimiz də qalmayıb.

Bir məsələni də qeyd edək ki, kollektivin vaxtilə 12 hektar 75 sot torpaq sahəsi olub. 12 ha 75 sotun isə 1 hektar 20 sotu nazirlərdən birinə, 6,1 hektarı Sumqayıtda sonradan yaradılmış qurama bir MMC-yə satılıb. Vaxtilə 2,1 ha ərazi üzərində mübahisə gedəndə isə 90 sot ərazi kollektivin işçisi Elçin Nuriyevin adına sənədləşdirilib, icarə müqaviləsi bağlanıb. Məqsəd bu ərazinin əldən getməsinin qarşısı almaq olub. Uzun müddətə müqavilə bağlanıb, 60 min manatdan çox icarə haqqı ödənilib və s. Amma sonradan kollektivin bu sahəni özəlləşdirilməsinə imkan verilmədi. Bu barədə dəfələrlə Kərəm Həsənova, «Azkontrak»ın prezidenti mərhum Miri Qənbərova müraciətlər yazılıb, amma heç bir faydası olmayıb. Halbuki bizim kollektivlə bərabər bir gün fərqi ilə iki müqavilə bağlanıb. Nömrələri-3804 və 3805. «Azərmetal»ın sahəsi (müqaviləsi) özəlləşməyə verilmir, amma 3805 saylı müqaviləli ərazi özəlləşməyə verilir. Bu necə ola bilər? Əmlak Komitəsinin sədr müavini Rauf Cəlilovun, aparat rəhbəri Rüstəm Şahbazovun imzaları ilə bizə rəsmi cavablar verilir ki, gözləyin. Hətta çox maraqlıdır ki, Abşeron topdansatış müəssisəsi 1 hektar 0,4 sot və 1 hektar 40 sot sahəni özəlləşdirəndə belə yenə də kollektiv kənarda qaldı.

Diqqətinizə Baş nazir Artur Rasizadənin sərəncamını çatdırırıq. Orada «Azkontrakt»ın balansındakı müəssisələrin siyahısı var. İndi onların 90 faizi qanunsuz olaraq satılıb. Sərəncamda isə deyilirdi:

«Baş nazir A.Rasizadə
05.07.1997-ci il, 131 saylı sərəncam
"Azərkontrakt" Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı
-"Azərmetal" topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti)
-«Azərmaşavadanlıq» idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və
M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları («Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-«Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi», "Azəryüngülyeyintisənaye" və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(«Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-"Azkontrakt" Səhmdar Cəmiyyəti ("Azərkontrakt" Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
-Texniki vasitələrin kirayə müəssisəsi-"Azərkirayə" («Azərkontrakt» Şəhmdar Cəmiyyəti)
-"Azərətsüd"- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
-«Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti "Azərbaqqaliyyə" kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).
-«İstehsalat avtoekspedisiya» birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət \Nazirliyi)
-"Azintreyd" xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
-Qax rayonunda yerləşən istirahət evi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti)
A.Hacıyev, Nazirlər Kabinetinin işlər müdiri
A.Hacıyev».
Dövlətin birbaşa təsis etdiyi, prezident sərəncamı ilə böyük səlahiyyətlər əldə edən «Azkontrakt» SC-nin tabeliyində olan müəssisələrin əmlaklarını məmurlar ələ keçirir, amma kollektiv hələ də özəlləşməyə gedə bilmir. Baş verənlərin hamısı «Özəlləşmə haqqında» Qanunun, Prezident sərəncamlarının tamamilə ziddinədir. Hesab edirik ki, bu ziddiyəti yaradanlar Əmlak Komitəsinin rəhbərliyi və «Azərsutikinti» SC-nin sədri Yusif Kərim oğlu Hümbətov və “Azkontrakt”ın rəhbərliyi olub.



Cənab Prezident!
Xahiş edirik, kollektivimizin əmlakının hərraca çıxarılmasına mane olan səbəblərin aradan götürülməsinə və bu hərraca mane olan məmurların, xüsusən də özünü həmişə «Azkontrakt» SC-nin İdarə Heyətinin sədri kimi təqdim edən, lakin heç bir qanuni səlahiyyəti olmayan Güləddin Dadaşovun cəzalandırılmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
136 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...