Naxçıvan polisindən əcaib qadağa

Naxçıvan polisindən əcaib qadağa
"Vasif Talıbovun miras qoyduğu çox dərin problemlər var. Bu problemləri tezliklə həll etmək mümkün olmayacaq. Xüsusilə də insanların beyninə həkk olunmuş xofu ortadan qaldırmaq asan deyil. Hələ də hər gün mənə məktub yazan onlarla şikayətçi problemlərinin işıqlandırılmasını, amma adının çəkilməməsini istəyir. Təsəvvür edirsinizmi, xan rəsmən devrilib. Xanlıq rejiminə son qoyulub. Hazırda Vasif Talıbov öz sarayında xalqdan qorxa-qorxa yaşayır. Xalq isə hələ də onun qorxusundan danışa bilmir. Naxçıvanlılar bu xofu üzərlərindən ata bilməsə, dünyanın ən demokratik və ədalətli adamını gəyirib bu məmləkətə rəhbər qoysan da o, tezliklə "xan"a çevrilə bilər. Məncə, azad olmaq istəyiriksə, öz xasiyyətimizi, mahiyyətimizi dəyişdirməliyik". DİA.AZ bildirir ki, bu açıqlama ilə Naxçıvandakı problemlərin mahiyyətini anladan tanınmış jurnalist Heydər Oğuz maraqlı bir şikayəti də diqqətə çatdırıb.

Jurnalist yazır: "Naxışnərgizli Nuran bəy Allaha yalvarmaqla Naxçıvanın adına ləkə gətirirmiş. Özünün dediyinə görə, məhz bu səbəbdən onu Naxçıvan polisi saxlayıb, bir daha “Allaha yalvarmamağı” tələb edib. Görünür, Naxçıvanlıların ancaq "xan"a yalvarmaq hüquqları vardı. "Xan" isə göydən yağış yağdırmırdı".

VİDEO BURADA: https://www.facebook.com/heyder.oguz/videos/712186086878334

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...