Talıbovlara məxsus şirkətin sənədləri itib
Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.
Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.
Məlumat üçün bildirək ki, “Gəmiqaya Şirkəti” MMC 21.02.2005-cü ildə dövlət qeydiyyatına alınıb. Hazırda 52 manat nizamnamə kapitalına sahib olan şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N. Tusi, ev 5-də yerləşir.
Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuatda bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü "Gəmiqaya Holdinq"in rəhbəri kimi qeyd edib.
Onu da bildirək ki, bir həftə əvvəl “Gəmiqaya Holdinq”ə bağlı olan “Gəmiqaya Şirkəti” MMC-dən ayrılma olub. “Gəmiqaya Avtonəqliyyat” MMC bu şirkətin tərkibindən ayrılıb.
327 dəfə oxundu