"SOS" mühafizə şirkətində nə baş verir? - ŞİKAYƏT

"SOS" mühafizə şirkətində nə baş verir? -
Bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində bu şirkətin strateji sənaye obyektlərinin qorunmasını həyata keçirən “Security Operation Services” (SOS) mühafizə şirkətinin rəhbərliyi haqda Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən mənbə bildirir ki, mühafizə şirkətinin rəhbəri Anar Məmmədov və qardaşı Yalçın Məmmədov əllərində olan səlahiyyətdən istifadə edərək, bir çox qanunsuz əməllər törədiblər.

Həmçinin, onların şirkət rəhbərliyinə ən yaxın adamlarını, hətta ailə üzvlərini təyin etdiyi bildirilir.

"SOS" mühafizə şirkətində nə baş verir? -

““Security Operation Services” MMC-nin Əməyin Mühafizəsi İdarəsinin rəisi Yalçın Məmmədov Kadrlar Şöbəsinə həyat yoldaşı Sevinc Məmmədovanı təyin edib. Qanunsuz tikintilərlə iş şöbəsini rəhbərləri də bibisi oğlu və dayısı oğludur. Bundan əlavə digər qohumları da bu şirkətdə yüksək vəzifələrdə çalışır ki, bu da onların “SOS”-u ailə şirkətinə çevirdiyini göstərir.

Bir çox qohumlarından fərqli olaraq, hansısa işçinin xırda bir səhvi olsa, onu dərhal cəzalandırırlar. Yəni ya işdən çıxarır, ya da yaşadığı yerdən uzağa “perevod” edirlər ki, yolu uzaq olsun deyə gedib-gələ bilməsin, məcbur olub öz ərizəsi ilə işdən çıxsın.

Üstəlik, harada yeyinti olan tikinti əraziləri varsa, həmin ərazidəki komandalara öz qöhumlarını rəhbər göndərirlər ki, söküb-dağıtsınlar”.

"SOS" mühafizə şirkətində nə baş verir? -
"SOS" mühafizə şirkətində nə baş verir? -

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəf GUNDEMİNFO.AZ saytına müraciət edərək mövqeyinin dərc edilməsini istəyib. Redaksiyamıza adıçəkilən qurumdan daxil olan məlumatda qeyd edilir ki, 13 yanvar 2023 cü il tarixində bizim Hürürriyyet.az saytına istinadən yayımladığımız bu məqalədə qeyd edilən faktlar həqiqəti əks etdirmir. Qarşı tərəfin məlumatında bildirirlir ki, qarşı tərəfin müraciəti əsasında mənbə olaraq Hürriyyet.az saytı tərəfindən araşdırılmış məqalədəki verilən məlumatların, faktlar və subutların heç bir dəlil və əsasının olmadığı müəyyən edilmişdir. Bundan sonra isə GUNDEMİNFO.AZ-a müraciət edən qurum rəsmisi iddia edib ki, Hürriyyət.az saytında istinadən yayımladığımız bu məqalədə qeyd edilən faktların heeç bir əsası yoxdur. Qurumun redaksiyamıza yolladığı qısa təkzib mətnində mövqeyini bu şəkildə ifadə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...