Onları FHN xilasediciləri xilas etdi - VİDEO

Onları FHN xilasediciləri xilas etdi -
Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.

Bu barədə GUNDEMİNFO.AZ-a FHN-dən məlumat verilib.

Əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda FHN-in xilasedicilərinin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...