Sahil Babayev vətəndaşa zorla "avtomobil verir"

Sahil Babayev vətəndaşa zorla "avtomobil verir"
"Cənab nazir, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, təcili olaraq məni şəxsən özünüz qəbul edəsiniz. Sizin qəbulunuza düşməkdə məqsədim rəhbərlik etdiyiniz nazirliyin əsassız və qanunsuz əməlləri barədə Sizə məlumat verməkdir" bu müraciət GUNDEMİNFO.AZ-a Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 87, mənzil 7-də yaşayan Tağıyev Əli Əlövsət oğlu tərəfindən ünvanlanıb.

Müraciət edən şəxs bildirir ki, onun Ünvanlı Sosial Yardımıa bağlı müraciətinə imtina cavabı gəlib. Əsas kimi də göstəriilib ki, guya ailənin adında nəqliyyat vasitəsi var.

Gundeminfo.az vasitəsilə nazir Sahil Babayevə müraciət edən Əli Tağıyev daha sonra qeyd edir:

- Belə ki, aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardım almaq üçün 03.06.2023-cü il tarixində elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişik. Bu müraciətimiz VEMTAS tərəfindən qeydiyyata alınsada dərhal imtina verilib.ÜDSY-dən imtinaya səbəb kimi göstərilib ki, «Ailənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olması (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla)» Həmin imtinanı bu ərizəmə əlavə edirəm.

Sahil Babayev vətəndaşa zorla "avtomobil verir"
Sahil Babayev vətəndaşa zorla "avtomobil verir"

Rəhbərliki etdiyiniz nazirlik tərəfindən bizə verilmiş bu imtina əsassızdır.Ona görə ki, mən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bizə verilmiş arayışda göstərilib ki, yoldaşımın adında umumiyyətlə maşın olmayıb. Həmin arayışlarıda ərizəmə əlavə edirəm. Mənim adımda olan maşın (1984-cü ilin buraxılışı, vaz 2102 markalı minik avtomobili) 2020-ci ilin iyul ayında satmışam başqa şəxsə. İmtinada göstərilən maşın tamamilə başqa maşındır. Belə ki, ailəmizə məxsus olan 01 BA 494 dövlət qeydiyyat nişanlı qaz-53 yük maşını göstərilib.


Polis İdarəsindən bizə məlumat verdilər ki, bu maşın Tağıyev Əli Əlimirzə oğluna məxsusdur. Yəni bizim ad, soyadlarımız eynidir. Ata adlarımızı fərqlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin qurub-yaratdığı VEMTAS sistemi ata adları müxtəlif olan şəxsləri ayırd edə bilmir. Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin sistemindən çıxarılmış arayışları bu müraciətimə əlavə edirəm.

Cənab nazir, mətbuat vasitəsi ilə Sizdən xahiş məni şəxsən özünüz təcili qəbul edəsiniz Əlimdə olan bu subutları Sizə təqdim edim.

Görəsən vətəndaşın boynuna zorla niyə "nəqliyyat vasitən var" deyə sübut qoymaq istəyirlər? Hər halda Sahil Babayev bu suala cavab verər...
REDAKSİYADAN: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İlkay Ağazadə



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...