Siyəzənda bələdiyyə yoxa çıxıb, camaat axtarışa çıxıb - VİDEO

Siyəzənda bələdiyyə yoxa çıxıb, camaat axtarışa çıxıb -
Siyəzən Rayonu Gilgilçay kəndinin sakinləri 3 ildir ki, bələdiyyəni axtarırlar. Onlar müraciət etmək üçün bələdiyyə üzvülərini də, sədrini də tapa bilmirlər. Sakinlərin GUNDEMİNFO.AZ-a ünvanladıqları müraciətdə bildirilir ki, hətta bələdiyyə ilə bağlı axtarışda olduqlarını Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzova da deyiblər. Amma heç bir faydası olmayıb. Nəhayət sakinlər məcbur qalaraq media vasitəsilə Dövlət Başçısına müraciət edirlər ki, bəlkə Gilgilçay bələdiyyəsinin üzvləri və sədri tapıla. Eyni zamanda Gundeminfo.az-a müraciət edən sakinlər deyir ki, bələdiyyə sədri Siyəzən Rayon Gilgilçay Yaşıllaşırma İdarəsində işləyir.Ona görə də illərdir ki, bələdiyyə binasının qapısı açılmır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
226 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...