İcra başçılarının milyonluq "vergi bonusu"

İcra başçılarının milyonluq "vergi bonusu"
İcra Hakimiyyətlərinin milyonuq "vergi bonus"ları kimin cibinə gedir?

Ölkə başçısı cənab İlham Əliyevin 3 iyun 2019-cu il 719 saylı fərmanı ilə hər bir rayonun icra başçı hər il həmin rayonda proqnozlaşdırılan vergi öhdəliyi tam icra edilibsə, həmin puldan əlavə yığılan məbləğin 50 faizini rayonun ehiyacları üçün sərf edə bilər.
Məsələn X rayonun vergi proqnozu 10 milyon manatdır. Əgər proqnoz icra edilibsə, o zaman artıq verginin yarısını rayonun ehtiyacları üçün istifadə edə biilər.
Tutaq ki, X rayonun vergi proqnozu 5 milyon manatdır. Rayonda 8 milyon manat vergi toplanıb. O zaman artıq toplanan verginin yəni 3 milyon manatın 50 faizi, 1.5 milyon manatı rayonun ehtiyacları üçün sərf edilə bilər.
Bu vəsaitləri də xərcləmək üçün əsas üç istiqamət nəzərdə tutulur.
2019-cu ildə imzalanan fərmanda göstərilir:
3.1.1. vəsaitin 25 faizi (yəni vəsait 1 milyondursa, 250 min manatı) yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə;
(Konkret olaraq həmin vəsait icra aparatı işçilərinin (ərazi nümayəndəlikləri bundan faydalana bilmir) həvəsləndiriləməsinə yönəldilir.
3.1.2. vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə (yəni, 250 min manatı) yönəldilir;
3.1.3. vəsaitin 50 faizi (yəni, təxminən 500 min manatı) aşağıdakı məqsədlərə yönəldilir:
3.1.3.1. mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə;
3.1.3.2. şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə.

Gundeminfo.az xəbər verir ki, bu barədə iqtisadçı Razi Abasbəyli bildirib. O daya sonra qeyd edib""İndi isə gəlin görək 2022-ci ildə hansı rayonlar vergi proqnozundan çox vəsait əldə edib. Bu məlumat əlçatan deyil. İcra Hakimiyyətləri də bu məlumatları açıqlamırlar. Və ya artıq toplanan verginin 50 faizinin xərclənməsinə dair heç bir sorğuya cavab verilmir".

Yəni qısası icra başçıları "vergi bonuslar"ını illik "tətil pulu" kimi təsəvvür etməkdə davam edirlər.

Yixarıdakı fərmandan irəli gələn 3 istiqamətdə isə milyonların xərcləndiyini iddia etmək absurd olar.
Yəni "İcra Hakimiyyətləri səlahiyyətsizdir", "İcra Hakimiyyətləri kasıbdır" kimi fikir formalaşdırmaq istəyənlər bir də bilmədikləri bu konteksdən baxsınlar. Hələ bu yalnız bir faktdır. Hər gün mediada İcra Hakimiyyətlərində yol təmiri, tikinti, abadlıq və sair istiqamətlərdə keçirilən milyonluq tenderləri şübhəli MMC-lərin udması haqqında məqalələr yer alır.

Daşdan səs çıxır, İcra Hakimiyyətlərindən səs çıxmır. Çıxmayacaq da...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...