Şagirdi döyən Regional Təhsil İdarəsinin rəisi istefa verdi - eksküliziv

Şagirdi döyən Regional Təhsil İdarəsinin rəisi istefa verdi -
GUNDEMİNFO.AZ xəbər verir ki, İki gün öncə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Şagirdin valideyni hadisədən sonra DİN-nin 102 çağrı mərkəzinə müraciət edərək şikayət etmişdi.

Bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev özünü facebook sosial şəbəkə hesabında istefa verdiyini açıqlayıb.

Gundeminfo.az həmin açıqlamanı təqdim edir:

Əziz dostlar,
Dəyərli təhsil işçiləri,
Ölkəmizdə son onillikdə həyata keçirilən təhsil islahatlarının həyata keçirilməsi prosesində daim nazirliyimizin və siz əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam. Bütün qazandığımız uğurlar və region təhsilində həyata keçirilmiş inkişaf yönümlü tədbirlər məhz sizlərin iradəsi və dəstəyi sayəsində mümkün olmuşdur. Bu uzun və şərəfli yolda məhz sizlərlə birgə addımlamışam və sizlərin ictimai rəyi mənə stimul verib. Bütün bunlara rəğmən mən bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm. Bu gün vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlərlə birgə nazirliyimizin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm. Bir daha hamınıza təşəkkür edirəm və bir təhsil işçisi olaraq sizlərin yanındayam.


Şagirdi döyən Regional Təhsil İdarəsinin rəisi istefa verdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...