Yardımlıda meşə "soyqırımı" - Ekskülüziv görüntülər - VİDEO
Yardımlı rayonunda meşələr vəhşicəsinə qırılır. Dəfələrlə mətbuatda bununla bağlı faktlar yayımlanıb. Azərbaycan Baş Prokurorluğu Meşə Təsərrüfatlarına cavabdeh olan bir sıra rayon idarələrində araşdırmalar aparıb. Aparılan hüquqi mübarizəyə baxmayaraq ölkədə meşələrin qırılması, Meşə Fonduna daxil olan torpaqların talan edilməsi davam etməkdədir. Gundeminfo.az-a müraciət edən ecofəal Məhəmməd Adıyev bu gün 5 dekabr 2023-cü il tarixdə Yardımlıdan redaksiyamıza müraciət edib.
M.Adıyev bildirir ki, Yardımlının Kürəkçi, Peştəsər və Dagüzü kəndlərində meşələr kütləvi şəkildə qırılır. Lakin müvafiq qurumlar bununla bağlı heç bir tədbir görmür. Məhəmməd Adıyev hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı idarəsində işləyir. Məhz işlədiyi idarədə meşələrin qırılmasına görə işdən çıxarılan ekofəal daha sonra işinə bərpa ola bilib.
Bilirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Nəsibi Nəsibova da bu barədə məlumat verib. Lakin heç bir tədbir görülməyib. Meələrdə əsasən qiymətli ağaclar kəsilərək ətraf rayonlarda çiyələk təsərrrüfatlarına, mebel sexlərinə satılır. Kürəkçi, Peştəsər və Dağüzü kəndlərində meşlərin məhv edilməsinə cavabdeh olan şəxs isə mühafizə mühəndisi Əlipaşa Əhədov və ərazinin gözətçiləridir.
Gundeminfo.az olaraq Əlipaşa Əhədovla da əlaqə saxladıq. O bildirdi ki, meşələrdə ağac kəsilməsi ilə bağlı videolar çəkərək iştimailəşdirən şəxs, yəni Adıyev Məhəmməd işlədiyi müddətdə dövlətə 17 min manayt ziyan vurub. Eyni zamanda o işdən də azad edilib. "Hazırda dediyiniz kəndlərdə Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentindən yoxlama gəlib. Yoxlama aparılır, akt tərtib edilib, qiymət veriləcək" deyə Əlipaşa Əhədov bizimlə söhbətində qeyd etdi.
Bizə təqdim eidlən faktlarla bağlı Nazirliyin mövqeyini öyrənmək mümkün olmayıbb. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Nəsibi Nəsibovun da mövqeyini dinləməyə hazırıq.
405 dəfə oxundu