İtkin düşdüyü deyilən musavatçı qətlə yetirilib

İtkin düşdüyü deyilən musavatçı qətlə yetirilib
İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub.

Gundeminfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırma aparılır.

-------

Müsavat Partiyasının üzvü Natiq Mehdi (Ulubəy) üç gündür yoxa çıxıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə partiyanın rəsmi sosial media hesablarında dərc olunan məlumatda deyilir.
Bildirilir ki, ailə üzvləri onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.
“Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı onun telefonun zəng çatmadığını, harada olduğunun öyrənilməsi üçün səylər göstərildiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...