Şəhid atasının evini sel dağıtdı, indi o qonşuda yaşayır - FOTOLAR
Son günlər yağan leysan və gətirdiyi güclü sel Qubanın ucqar Yerfi kəndində iki ailəni evsiz qoyub.
Bizim.Media xəbər verir ki, evsiz qalan ailələrdən biri 2012-ci ildə erməni təxribatının qarşısını alarkən şəhid olan Mirzəməhəmməd Ruşanovun, digəri isə əlil bacısı ilə yaşayan 68 yaşlı Gövhər Həsənovanın evidir.
Hər iki ailə sel suları nəticəsində ciddi ziyan çəkib.
Şəhid atası Faiq Ruşanov Bizim.Media-ya məlumat verib ki, evləri qayanın dibində yerləşir.
Qayadan gələn güclü sel birbaşa 2-ci mərtəbəyə qalxıb və sonra bütün otaqları, həyəti basıb. Hər iki evdə yaşamaq mümkünsüz olub. Evdə bütün əşya, ərzaq və avadançıqlar sıradan çıxıb.
Kənd sakini Gövhər Həsənova evinə daxil olan palçıqçu suyun divarı uçurduğunu, bütün əşyalarının su içində qaldığını deyib və dövlət orqanlarından təcili onlara kömək olunmasını xahiş edib.
Şəhid atası Faiq Ruşanov 4 nəfərlik ailə üzvü ilə qonşuda yaşadığını bildirib və əlavə edib ki, evlərinin bərpası üçün dövlətin köməyinə ciddi ehtiyacları var.
Məsələyə Quba İH başçısının Yerfi İƏD üzrə nümayəndəsi Əbülfət Həsənov münasibət bildirib. O, qeyd edib ki, hər iki vətəndaşa dəyən zərər aktlaşdırılıb rayon FHK-na təqdim olunub. Quba FHK - nın sədri Tariyel İbrahimov isə həmin evlərin sel sularından təmizləndiyini deyib. Bildirib ki, bu evlər hər il selin fəsadları ilə üzləşir.
Tərtib edilmiş aktlar Fövqəladə Hallar Nazirliyinə göndəriləcək.
BİZİM TELEQRAM KANALIMIZ
310 dəfə oxundu