"Namizədliyimi geri götürmək fikrim yoxdur" - Pənah Hüseyn

"Namizədliyimi geri götürmək fikrim yoxdur" -
"Mən namizədliyimi irəli sürmüşəm və geri götürmək fikrim yoxdur".

Bunu Bakupost.az -a Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bəzi partiya sədrlərinin seçkiyə namizəd kimi qatılmaqdan imtina etməsi haqda suala cavabında deyib.

O qeyd edib ki, namizədliyini 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsindən irəli sürüb. P.Hüseyn Yeni Azərbaycan Partiyasının təqdim etdiyi namizədlər siyahısına da münasibət bildirib:

“Hər bir partiya istənilən dairədən istənilən namizədini irəli sürə bilər”.

Qeyd edək ki, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsində Pənah Hüseynin Yeni Azərbaycan Partiyasından rəqibi Kamal Cəfərov olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...