Suvarma Sistemləri İdarələrində kütləvi ixtisar
Bölgələrdəki Suvarma Sistemləri İdarələrində çalışan işçilərin işdən azad edilməsi ilə bağlı redaksiyamıza müraciətlər daxil olub.
Müraciətdə Tovuz, Şəki rayon suvarma sistemlərində çalışan işçilərin ixtisara salındığı bildirilir və bunun səbəbi, eləcə də yenidən işə bərpa olunub-olunmayacaqları barədə heç bir məlumat verilmədiyi qeyd edilir. Problemin yaranma səbəbi və həmin işçilərin aqibətinin necə olacağı ilə bağlı müvafiq qurumla əlaqə saxladıq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanına əsasən “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti Publik Hüqüqi Şəxsi yaradılıb:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsi və Regional Su Meliorasiya Xidməti Publik Hüqüqi Şəxsinin strukturu və ştat cədvəli təsdiq edilib. Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır.
İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir.
Qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunur. İşçilərin bir qisminin agentliyin tabeliyindəki digər sturktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur”.
O da vurğulanıb ki, bu proses artıq başlayıb və işdən çıxarılanların neçə faizini əhatə edəcəyi bilinmir. Qeyd edək ki, bugünlərdə Abşeron Sukanal İdarəsinin bir qrup işçisi də işdən azad olunmaları ilə bağlı öz etirazlarını bildirmişdilər.
191 dəfə oxundu